Vətən müharibəsi veteranlarının siyahısı hazırlanır

14:58 27.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi ilə bağlı Sərəncam imzalanıb. Siyahı həmin şəxslərin qulluq keçdiyi qurumlar tərəfindən müəyyən olunur və Nazirlər Kabineti ilə razılaşdırılır.

 

Hafta.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

 

O qeyd edib ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq: "Proses davam edir. Siyahılar hazırlanır. Zəfər altsistemi artıq aktivləşdirilib və istifadəyə verilib. Zəfər alt sistemində olan şəxslər özləri ilə bağlı məlumatlarla həmin altsistemdə tanış ola bilərlər".